AZ

Ötən il  “Araz” mağazalarında 300 kq-a yaxın batareya toplanıb

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Ekologiya və Təbii
Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsində aktiv iştirakını davam etdirir.

Publika.az xəbər verir ki, layihə çərçivəsində “Araz” supermarketlər şəbəkəsinin Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən filialında ümumilikdə 21 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.

Layihənin əsas məqsədi istifadəyə yararsız elektrik batareyalarının təhlükəsiz şəkildə toplanması,
onların xüsusi şəraitdə utilizasiya olunması, həmçinin ictimaiyyətdə ekoloji məsuliyyətin
artırılması və tullantıların düzgün idarə olunması ilə bağlı maarifləndirmənin gücləndirilməsidir.

Seçilən
83
6
publika.az

7Mənbələr