AZ

Türkiyə Superkuboku: “Qalatasaray” və “Fənərbağça” finalda üz-üzə

Bu gün futbol üzrə Türkiyə Superkubokunda final oyunu keçiriləcək.

Doğru.az xəbər verir ki, həlledici görüşdə əzəli rəqiblər – “Qalatasaray” və “Fənərbağça” üz-üzə gələcək.

Matç Atatürk Olimpiya Stadionunda Bakı vaxtı ilə saat 19:45-də başlayacaq. Qarşılaşmanı Halil Umut Mələr idarə edəcək.

Qeyd edək ki, yarımfinalda “Qalatasaray” “Trabzonspor”u, “Fənərbağça” isə “Samsunspor”u mübarizədən kənarlaşdırıb.

DOĞRU.AZ

Seçilən
64
7
dogru.az

10Mənbələr