
Bu gün futbol üzrə Türkiyə Superkubokunda final oyunu keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, görüşdə “Qalatasaray” və “Fənərbağça” klubları qarşılaşacaq.
Atatürk Olimpiya Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:45-də başlayacaq. Həlledici oyunu hakim Halil Umut Meler idarə edəcək.