16:05 10.01.2026
16:05 10.01.2026
Bu gün futbol üzrə Türkiyə Superkubokunda final oyunu keçiriləcək.
Mynews.az xəbər verir ki, həlledici görüşdə əzəli rəqiblər - "Qalatasaray" və "Fənərbağça" qarşılaşacaq.
Atatürk Olimpiya Stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 19:45-də başlayacaq. Qarşılaşmanı Halil Umut Mələr idarə edəcək.
Qeyd edək ki, yarımfinalda "Qalatasaray" "Trabzonspor"u, "Fənərbağça" isə "Samsunspor"u mübarizədən kənarlaşdırıb.