AZ

Demçenko: “Hesaba aldanmaq olmaz” – ARENA.AZ

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenko bu gün əvəzedici heyətlə keçirilmiş yoxlama oyunu barəd fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, ukraynalı mütəxəssis 7:0 hesablı qələbə barədə bunları söyləyib:

“Əvəzedici komandaya təşəkkür edirəm, çünki onlar yeni yığılıblar və tam hazır olmasalar da, bu oyununun keçirilməsinə razılaşdılar. Oyun bizim üçün vacib idi. Yeni komandayıq, yeni toplaşmışıq. Ona görə də güclü rəqiblə görüşməyə ehtiyac duymadıq. Düşündüklərimizi meydanda tətbiq etməyə çalışdıq. Belə görüşlərdə hesaba aldanmaq olmaz. Hələ düzəltməli olduğumuz məqamlar var. Bunu gördük və üzərində işləyəcəyik. Müsbət dinamika da gördüm. Vaxtımız var, tədricən istədiyimizə nail olacağıq”.

Demçenko heyətlə bağlı problemlərdən də söhbət açıb:

“Zədəli futbolçularımız var, onların yoxluğu da müəyyən problemlər yaradır. Ancaq futbolçu həyatını zədəsiz təsəvvür etmək olmaz. Onların düzgün bərpa olunmağı və mümkün qədər tez vaxtda komandaya qoşulmağı lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
45
12
arena.az

10Mənbələr