Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2025/2026-cı illər mövsümünün 16-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Haydenhaym” – “Köln” və “Union Berlin” – “Maynts” matçlarında qalib müəyyənləşməyib. “Frayburq” doğma meydanda “Hamburq” üzərində qələbəyə sevinib. “Bayer” isə Leverkuzendə “Ştutqart”a böyük hesabla uduzub.
16-cı turun qalan görüşləri bazar günlərinə təsadüf edəcək. Bu gün keçirilməli olan “Sankt Pauli” – “Leypsiq” və “Verder” – “Hoffenhaym” matçları isə əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
Almaniya, Bundesliqa
16-cı tur
9 yanvar
Ayntraxt – Borussiya (Dortmund) 3:3
Qollar: C.Uzun, 22-pen. Ebnutalib, 71. Dahud, 90+2 – Beyer, 10. Nmeça, 68. Çukvuemeka, 90+6.
10 yanvar
Frayburq – Hamburq 2:1
Qollar: Qrifo, 53-pen. Matanoviç, 83 – Vuşkoviç, 48.
Haydenhaym – Köln 2:2
Qollar: Pyeringer, 15. Niehues, 26 – Martel, 18. El-Mala, 48.
Union Berlin – Maynts 2:2
Qollar: Yonq, 77. Doexi, 86 – Amiri, 30. Hollerbax, 69.
Bayer – Ştutqart 1:4
Qollar: Qrimaldo, 66-pen – Levelinq, 7; 45. Mittelştadt, 29-pen. Undav, 45+2.
11 yanvar
18:30. Borussiya (Mönhenqladbax) – Auqsburq
20:30. Bayern – Volfsburq
