AZ

“Barselona” super kubokun qalibi oldu – 16-cı dəfə! – ARENA.AZ

La Liqanın son çempionu, Kataloniya nəhəngi “Barselona” tarixində 16-cı dəfə futbol üzrə İspaniya Super Kubokunun qalibi olub.

Arena.az xəbər verir ki, turnirin finalında kataloniyalılar əzəli rəqibləri olan paytaxtın “Real” komandasını 3:2 hesabı ilə üstələyiblər.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil edilmiş “el klasiko”da hesabı 36-cı dəqiqədə “Barsa”nın braziliyalı cinah hücumçusu Rafinya açıb. Birinci hissəyə əlavə olunmuş 2-ci dəqiqədə Vinisius “Real”ın bərabərlik qolunu vurub. Lakin bundan iki dəqiqə sonra polşalı hücumçu Robert Levandovski yenidən kataloniyalıları hesabda öndə çıxarıb. Buna baxmayaraq, Qonsalo Qarsiya əlavə olunmuş 6-cı dəqiqədə Madrid təmsilçisinin bərabərlik qolunu vurub. “Barsa”ya qələbə gətirən qola isə 73-cü dəqiqədə dublunu rəsmiləşdirmiş Rafinya imza atıb.

Beləliklə, Kataloniya təmsilçisi tarixində 16-cı dəfə İspaniya Super Kubokunda zəfər sevinci yaşayıb. Bu, sözügedən turnirdə rekord göstəricidir. Madrid “Real”ı isə 13 dəfə bu titula yiyələnib.

Xatırladaq ki, “Barselona” super kubokun yarımfinalında Bilbao “Atletik”ini 5:0, “Real” isə Madrid “Atketiko”sunu 2:1 hesabıyla məğlub etməklə finala yüksəlmişdilər.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
7
9
arena.az

10Mənbələr