AZ

Hansi Flik: “Bizim inanılmaz qapıçımız var” – ARENA.AZ

Futbol üzrə İspaniya çempionu “Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın ispan qapıçısı Joan Qarsiyanı qiymətləndirib.

Arena.az alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“İnanılmaz qapıçımız var. Nəzərimcə, Joan Qarsiya dünyada ən yaxşı qapıçılardan biridir. Onun bədən dili, əminliyi – bunlar hər dəqiqə, onun hər hərəkətində nəzərə çarpır”, deyə Hansi Flik vurğulayıb.

Xatırladaq ki, Joan Qarsiya “Barselona”ya 2025-ci ilin iyul ayında Kataloniya klubunun əzəli rəqibi “Espanyol”un düşərgəsindən keçib. “Barsa” Qarsiya müqabilində “tutuquşular”a 25 milyon avro məbləğində ödəniş edib.

Qarsiya “Barselona”nın heyətində 17 oyuna çıxıb, 14 qol buraxıb, 8 matçda qapısını toxunulmaz saxlayıb.

İspan qolkiper daha öncə yalnız “Espanyol”un formasını geyinib. Qarsiyanın “Espanyol” üçün çıxışının ümumi mənzərəsi 67 oyun, 72 buraxılmış top və 21 “quru” oyundan ibarətdir.

Joan Qarsiya İspaniyanın U-17, U-18, U-19 və U-21 yığmalarına, eləcə də Olimpiya komandasına cəlb edilib, “qırmızı qəzəb”in əsas yığmasına isə hələ dəvət almayıb.

Qarsiya “Espanyol”la İspaniya Sequndasının (2020/2021) və İspaniya yığması ilə 2024-cü il Yay Olimpiya Oyunlarının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı ispan qapıçının transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
38
6
arena.az

10Mənbələr