Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 20-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də 4 qarşılaşma baş tutub.
“Leççe” doğma meydanda “Parma”ya, “Verona” isə “Latsio”ya məğlub olub.
Turun mərkəzi oyunu hesab edilən “İnter” – “Napoli” görüşündə qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib. “Milan” da “Fiorentina” ilə səfər oyunundan xal itkisi ilə ayrılıb.
20-ci turun qalan görüşləri yanvarın 12-də keçiriləcək.
İtaliya, A Seriyası
20-ci tur
10 yanvar
Komo – Bolonya 1:1
Qollar: Baturina, 90+4 – Kambyaqi, 49.
Udineze – Piza 2:2
Qollar: Kabasele, 19. Devis, 40-pen – Tramoni, 13. Meyster, 67.
Roma – Sassuolo 2:0
Qollar: Kone, 76. Sule, 79.
Atalanta – Torino 2:0
Qollar: De Ketelare, 13. Paşaliç, 90+5.
11 yanvar
Leççe – Parma 1:2
Qollar: Ştuliç, 1 – T.Qabriel, 64-öz qapısına. Pelleqrino, 72.
Fiorentina – Milan 1:1
Qollar: Komusso, 66 – Nkunku, 90.
Verona – Latsio 0:1
Qol: Nelsson, 79-öz qapısına.
İnter – Napoli 2:2
Qollar: Dimarko, 9. H.Çalhanoğlu, 73-pen – Maktominey, 26; 81.
12 yanvar
21:30. Cenoa – Kalyari
23:45. Yuventus – Kremoneze
