AZ

Mario Balotelli “Əl-İttifaq”da – Rəsmi – ARENA.AZ

Futbol üzrə İtaliya yığmasının sabiq üzvü, 35 yaşlı hücumçu Mario Balotelli bundan sonra Birləşmiş Ərəb Əmirliklərində çıxış edəcək.

Arena.az xəbər verir ki, təcrübəli forvard bu ölkənin “Əl-İttifaq” klubu ilə anlaşıb.

Bu barədə BƏƏ klubunun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı hücumçu 2-ci liqa klubu ilə 2,5 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Balotellinin sonuncu iş yeri “Cenoa” olub. O, 2024-cü ilin oktyabr ayında qoşulduğu Genuya klubundan 2025-ci ilin yayında azad agent kimi ayrılandan bəri işsiz idi.

İtaliyalı futbolçu karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan”, “Nitsa”, “Liverpul”, “Breşiya”, “Olimpik” (Marsel), “Montsa”, “Adana Dəmirspor”, “Lumessane”, “Syon” kimi klubların da formasını geyinib.

Mario Balotelli 2010-cu ilin avqustunda debüt etdiyi İtaliya yığmasının heyətində 36 oyun keçirib. O, bu oyunlarda 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı hücumçunun transfer dəyərini 400 min avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
41
10
arena.az

10Mənbələr