Xalq artisti Ağadadaş Ağayevlə dava etdiyinə görə azadlıqdan şərti məhkum olunan Nurəddin Cəlilov cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Oxu.Az-ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində N.Cəlilovun cəzadan azad edilməsi ilə bağlı müraciətə baxılıb. Qərara əsasən o, cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Qeyd edək ki, hadisə 2024-cü ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə zamanı "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilova balta atıb. Mühafizəçi isə onu döyüb.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə A.Ağayev 1 il sınaq müddəti seçilməklə 2 il, N.Cəlilov isə 2 il 6 ay müddətinə şərti cəzaya məhkum ediliblər.
Milli.Az