Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xalq artisti Ağadadaş Ağayevlə dava etdiyinə görə azadlıqdan şərti məhkum olunan Nurəddin Cəlilov cəzasının çəkilməmiş hissəsindən azad edilib.Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində N.Cəlilovun cəzadan azad edilməsi ilə bağlı müraciətə baxılıb. Qərara əsasən o, cəzasının çəkilməmiş hissəsindən azad edilib.Qeyd edək ki, hadisə 2024-cü ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə zamanı "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilova balta atıb. Mühafizəçi isə onu döyüb.Binəqədi Rayon Məhkəməsinin hökmü ilə A.Ağayev 1 il sınaq müddəti seçilməklə 2 il, N.Cəlilov isə 2 il 6 ay müddətinə şərti cəzaya məhkum ediliblər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.