AZ

Ağadadaş Ağayevi döyən Nurəddin Cəlilov cəzadan azad olundu

Xalq artisti Ağadadaş Ağayevlə dava etdiyinə görə azadlıqdan şərti məhkum olunan Nurəddin Cəlilov cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Publika.az oxu.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində N.Cəlilovun cəzadan azad edilməsi ilə bağlı müraciətə baxılıb. Qərara əsasən o, cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə zamanı "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilova balta atıb. Mühafizəçi isə onu döyüb.

Seçilən
69
6
publika.az

10Mənbələr