AZ

“Qarabağ” 2026-cı ilə 5 qollu qələbə ilə başladı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi Özbəkistanın "Neftçi" (Fərqanə) komandası ilə qarşılaşıb. Matç "Qarabağ"ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin qollarını 3-cü və 29-cu dəqiqələrdə Marko Yankoviç, 8-ci dəqiqədə Leandro Andrade, 10-cu dəqiqədə Xoni Montiel və 71-ci dəqiqədə Nəriman Axundzadə vurub.

Xatırladaq ki, "Qarabağ" hazırlıq prosesi çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. Komanda yanvarın 16-da Polşa “Zaqlebie Lubin”i ilə üz-üzə gələcək.

Seçilən
35
5
football-plus.az

7Mənbələr