AZ

“Qarabağ” Özbəkistan çempionunu darmadağın etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb.

Msport.az xəbər verir ki, Ağdam klubu Özbəkistanın “Neftçi” (Fərqanə) komandası ilə qarşılaşıb.

Matç “Qarabağ”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam komandasının heyətində  3-cü və 29-cu dəqiqələrdə Marko Yankoviç, 8-ci dəqiqədə Leandro Andrade, 10-cu dəqiqədə Joni Montiel və 71-ci dəqiqədə Nəriman Axundzadə fərlənib.

“Neftçi” Özbəkistan Superliqasının başa çatan 2025-ci il mövsümünün çempionu olub.

Qeyd edək ki, “Qarabağ” hazırlıq prosesi çərçivəsində daha 1 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 16-da Polşa “Zaqlebie Lubin”i ilə üz-üzə gələcək.

Seçilən
34
5
msport.az

7Mənbələr