AZ

“Qarabağ” 5 qollu qələbə ilə başladı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununa çıxıb.

İdmanxeber.az xəbər verir ki, Ağdam təmsilçisi Özbəkistanın “Neftçi” (Fərqanə) komandası ilə qarşılaşıb.

Matç “Qarabağ”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin qollarını 3-cü və 29-cu dəqiqələrdə Marko Yankoviç, 8-ci dəqiqədə Andrade, 10-cu dəqiqədə Joni Montiel və 71-ci dəqiqədə Nəriman Axundzadə vurub.

Seçilən
25
3
idmanxeber.az

7Mənbələr