AZ

Lənkəranda avtobus sürücüsü sükan arxasında öldü

Lənkəranda avtobus sürücüsü idarə etdiyi nəqliyyat vasitəsində ölüb

Lənkəranda avtobus sürücüsünün dünyasını dəyişməsi faktı qeydə alınıb. Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə Şıxakəran kəndi ərazisində baş verib.

Lənkəran sakini Tofiq Abbasovun ölü bədəni idarə etdiyi avtobusun içərisində aşkar olunub. İlkin məlumata görə, o, Şıxakəran–Lənkəran marşrutu üzrə işini başa vurduqdan sonra avtobusu yaşadığı evin həyətinə salıb. Naməlum səbəbdən avtobusun içərisində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib. Tofiq Abbasovun ölümünün dəqiq səbəbləri ekspertiza rəyindən sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.

Seçilən
44
2
teleqraf.com

9Mənbələr