AZ

Lənkəranda müəmmalı ölüm: sürücü avtobusda can verdi

Lənkəranda avtobus sürücüsünün meyiti tapılıb.

NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Şıxakəran kəndində baş verib.

Kənd sakini Tofiq Abbasovun meyiti idarə etdiyi avtobusda tapılıb. İlkin məlumata görə o, işlədiyi Şıxakəran-Lənkəran marşrut xətti üzrə idarə etdiyi avtobusla işini bitirib evinə gedib. Avtobusu həyətə salıb və hələki naməlum səbəbdən avtobusun içərisində ölüb. Dərhal əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit aidiyyəti üzrə təhvil verilib. T.Abbasovun ölümünün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
26
1
nocomment.az

9Mənbələr