AZ

Lənkəranda sürücü idarə etdiyi avtobusda ölü tapıldı

Yazını böyüt
Yazını kiçilt

Lənkəran rayonunda avtobus sürücüsünün meyiti aşkarlanıb.

Hafta.az xəbər verir ki, hadisə rayonun Şıxakəran kəndində baş verib. Kənd sakini Tofiq Abbasovun meyiti onun idarə etdiyi avtobusun salonunda tapılıb. İlkin məlumata əsasən, T.Abbasov Şıxakəran–Lənkəran marşrutu üzrə işini bitirdikdən sonra avtobusu evinin həyətinə salıb. Bir müddət sonra onun avtobusun içərisində həyatını itirdiyi müəyyən edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

T.Abbasovun ölümünün dəqiq səbəbləri məhkəmə-tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

Seçilən
45
2
hafta.az

9Mənbələr