
İranda dekabrdan davam edən iğtişaşlarda təxminən 2 min nəfər həlak olub.
AFN.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi adının açıqlanmasını istəməyən məmura istinadən məlumat yayıb.
Agentliyə danışan rəsmi həm etirazçıların, həm də təhlükəsizlik qüvvələrinin əməkdaşlarının ölümünə səbəb olan şəxsləri “terrorçu” adlandırıb. Bununla belə, o, ölənlərin neçəsinin etirazçı, neçəsinin isə hüquq-mühafizə orqanlarının əməkdaşı olduğunu açıqlamayıb.
İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) isə iğtişaşlar zamanı ölənlərin sayının 646 nəfərə çatdığını, onlardan 505 nəfərin etirazçılar olduğunu bildirib.
Agentlik həmçinin İranın 31 ostanının 187 şəhərində qeydə alınan etirazlarda azı 10 721 nəfərin həbs edildiyini vurğulayıb.