AZ

İrandakı etirazlarda neçə nəfər öldürülüb? - ŞOK RƏQƏM AÇIQLANDI

İranda baş verən etiraz aksiyaları zamanı ölənlərin dəqiq sayı hələlik tam müəyyən edilməyib.

Modern.az xəbər verir ki, İran rəsmisi "Reuters" agentliyinə bildirib ki, etirazlar zamanı təhlükəsizlik qüvvələri də daxil olmaqla təxminən 2 min nəfər həlak olub.

Bu açıqlama hakimiyyətin iki həftədir ölkə boyu davam edən etirazlara qarşı sərt müdaxilə fonunda ölənlərin sayının bu qədər yüksək olduğunu ilk dəfə açıq şəkildə etiraf etməsi kimi qiymətləndirilir.

Adının açıqlanmasını istəməyən rəsmi deyib ki, həm etirazçılar, həm də təhlükəsizlik qüvvələri arasında ölənlərə görə “terrorçular”ın məsuliyyət daşıdığını bildirib.

Rəsmi şəxs ölənlərin kimlərdən ibarət olması ilə bağlı bölgü təqdim etməyib.

İnsan haqları təşkilatları isə indiyədək yüzlərlə ölən şəxsin adını müəyyən etdiklərini bildirirlər. BMT-nin İnsan Haqları Ofisinin sözçüsü Ceni Lourens ölənlərin sayı ilə bağlı suala cavab verərkən BMT-nin İrandakı öz mənbələrinə istinadla “eşitdiyimiz rəqəm yüzlərlədir” deyə açıqlama verib.

Bununla yanaşı, İran xaricində fəaliyyət göstərən müxalifət qrupları ölənlərin sayının 2 mindən xeyli çox olduğunu iddia edirlər. Hazırda rəsmi və qeyri-rəsmi rəqəmlər arasında ciddi fərq qalmaqdadır.

Seçilən
49
1
modern.az

10Mənbələr