AZ

Ağdərənin Heyvalı kəndində sakinlərin içməli su ilə təmin olunması üçün 60 kubmetrlik çən quraşdırılıb

Ağdərə rayonunun Heyvalı kəndində sakinlərin içməli su ilə təmin olunması üçün 60 kubmetrlik çən quraşdırılıb.

"Report"un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Prezidentin izi ilə rayona təşkil edilən mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.

Onun sözlərinə görə, rayonun Heyvalı kəndində mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib və istismara hazırdır:

"Heyvalı kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin ətəyində yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini taxılçılıq, tütünçülük və heyvandarlıq təşkil edib, kənddə məktəb, klub və poçt kimi sosial obyektlər fəaliyyət göstərib. Heyvalıda mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib və istismara hazırdır. İl ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Artıq doğma yurduna dönən 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri şərait yaradılıb".

A.Telmanqızı qeyd edib ki, kəndin yenidən qurulması çərçivəsində sosial infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər görülüb:

"Belə ki, iki mövcud transformator, enerji və qaz xətləri bərpa olunub, yeni rabitə xətləri çəkilib. Sakinlərin içməli su ilə təmin olunması üçün 60 kubmetrlik çən quraşdırılıb və su şəbəkəsinin inşası üzrə işlərə başlanılıb. Bundan əlavə, 4,5 kilometr uzunluğunda kənddaxili yollar əsaslı şəkildə bərpa olunub və sakinlərin asudə vaxtı üçün yeni istirahət parkı salınıb".

Seçilən
42
13
ekologiya.az

10Mənbələr