AZ

Onkoloq qışda sağlamlığı möhkəmləndirən qidalarıSADALADI

Onkoloq Vladimir İvaşkov qış aylarında sağlamlığı möhkəmləndirmək üçün qida rasionuna beş məhsulun daxil edilməsinin vacib olduğunu bildirib.

Redaktor.az xəbər verir ku, həkim bu məhsulları teleqram kanalında paylaşıb.

İvaşkov zoğalı əsl təbii aptek adlandırıb.

Onun sözlərinə görə, zoğal C vitamini, antioksidantlar və fitonsidlərlə zəngindir və infeksiyalardan qorumağa, immun sistemi gücləndirməyə kömək edir.

Soyuqdəymənin qarşısını almaq üçün həkim sadə dəmləmə hazırlamağı tövsiyə edib: bir xörək qaşığı zoğal şirəsini bir stəkan ilıq suya qatmaq kifayətdir.

Həkim həmçinin qida rasionuna çuğundur əlavə etməyi tövsiyə edib. Onun sözlərinə görə, çuğundur həzmi yaxşılaşdırır, qaraciyəri təmizləyir, hüceyrələrin yenilənməsini stimullaşdırır və sinir sistemini dəstəkləyir.

İvaşkov bildirib ki, zəncəfil iltihabəleyhinə xüsusiyyətlərə malikdir, immuniteti möhkəmləndirir və qan dövranını yaxşılaşdırır. Kök isə tərkibində A vitamini ilə zəngin olduğu üçün görmə qabiliyyəti və dəri sağlamlığı üçün faydalıdır.

Onkoloqun sözlərinə görə, qoz ürək sağlamlığını gücləndirir və orqanizmin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır.

Aytəkin TOFİQQIZI

Seçilən
75
24
redaktor.az

10Mənbələr