AZ

Qışda yeməli olduğumuz 5 vacib qida - SİYAHI

Qış aylarında immuniteti gücləndirmək və orqanizmin enerjisini qorumaq üçün düzgün qidalanma xüsusi əhəmiyyət daşıyır.

Ölkə.az milli.az-a istinadən xəbər verir ki, mütəxəssislər aşağıdakı qidaların qış rasionunda mütləq yer almalı olduğunu bildirirlər:

Mixək
Təbii antiseptik xüsusiyyətlərə malik olan mixək soyuqdəymə və infeksiyalara qarşı orqanizmi qoruyur, bədəni isinməyə kömək edir.

Qaraciyər
Dəmir və A vitamini ilə zəngin olan qaraciyər qışda orqanizmə enerji verir, qan azlığının qarşısını almağa kömək edir.

Siyənək balığı
Omega-3 yağ turşuları ilə zəngin olan siyənək beyin sağlamlığını dəstəkləyir, ürək-damar sistemi üçün faydalıdır.

Çuğundur
Antioksidantlarla zəngin olan çuğundur immuniteti gücləndirir, qan dövranını yaxşılaşdırır.

Ağ kələm turşusu
Bağırsaq sağlamlığını dəstəkləyən ağ kələm turşusu B9, K vitaminləri və beta-karotinlə zəngindir, immun sisteminə güclü təsir göstərir.

Seçilən
37
3
olke.az

10Mənbələr