ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Qış aylarında immuniteti gücləndirmək və orqanizmin enerjisini qorumaq üçün düzgün qidalanma xüsusi əhəmiyyət daşıyır.
Milli.Az xəbər verir ki, mütəxəssislər aşağıdakı qidaların qış rasionunda mütləq yer almalı olduğunu bildirirlər:
Mixək
Təbii antiseptik xüsusiyyətlərə malik olan mixək soyuqdəymə və infeksiyalara qarşı orqanizmi qoruyur, bədəni isinməyə kömək edir.
Qaraciyər
Dəmir və A vitamini ilə zəngin olan qaraciyər qışda orqanizmə enerji verir, qan azlığının qarşısını almağa kömək edir.
Siyənək balığı
Omega-3 yağ turşuları ilə zəngin olan siyənək beyin sağlamlığını dəstəkləyir, ürək-damar sistemi üçün faydalıdır.
Çuğundur
Antioksidantlarla zəngin olan çuğundur immuniteti gücləndirir, qan dövranını yaxşılaşdırır.
Ağ kələm turşusu
Bağırsaq sağlamlığını dəstəkləyən ağ kələm turşusu B9, K vitaminləri və beta-karotinlə zəngindir, immun sisteminə güclü təsir göstərir.
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.