AZ

“Şamaxinka”da hərəkət növbəliliyinin tənzimlənməsi üçün yeni işıqforlar quraşdırılır

Bakı, 14 yanvar, AZƏRTAC

Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi işıqforlarla tənzimlənəcək.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar yolda yeni işıqfor dirəkləri quraşdırılıb, kabel-kommunikasiya xətlərinin çəkilişi işləri aparılır.

Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi əsasında həyata keçirilir.

Seçilən
70
16
azertag.az

10Mənbələr