AZ

“Şamaxinka”da yeni svetoforlar quraşdırılır

BAKI, TurkicWorld

“Şamaxinka”da hərəkət növbəliliyinin tənzimlənməsi üçün yeni svetoforlar quraşdırılır

Bu barədə TurkicWorld-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Yasamal rayonu, Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi svetoforlarla tənzimlənəcək. Bu məqsədlə hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yolda yeni svetofor dirəkləri quraşdırılıb, kabel-kommunikasiya xətlərinin çəkilişi işləri aparılır.

Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilir.

Seçilən
49
16
turkic.world

10Mənbələr