AZ

“Şamaxinka”da yeni işıqforlar quraşdırılır - VİDEO

Yasamal rayonu Moskva prospektinin “Şamaxinka” adlanan yol sahəsi işıqforlarla tənzimlənəcək. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. 

Bildirilib ki, hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar NİİM tərəfindən yolda yeni işıqfor dirəkləri quraşdırılıb, kabel-kommunikasiya xətlərinin çəkilişi işləri aparılır.

Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilir. 

"Cebheinfo.az"

Seçilən
48
16
cebheinfo.az

10Mənbələr