UEFA nümayəndələri Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan hakimlərinə seminar keçiblər.
Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, elit kateqoriyalı hakimlərimizin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı davam edir. AFFA Hakimlər Departamentinin fitnes bölməsinin rəhbəri, əməkdar məşqçi Namiq Quliyevin rəhbərliyi ilə ümumi fiziki hazırlıq üzrə məşqlər olub, hakimlərin çəki indeksi yoxlanılıb.
AFFA-nın dəvəti ilə UEFA Hakimlər Komitəsinin üzvü tərəfindən hakimlər üçün nəzəri və praktiki seminarlar da təşkil olunub. Karlos Velasko “Meydanda mövqe seçimi” və “Oyunun idarəolunması” mövzusunda praktiki seminarlar keçib.
Qitənin ali futbol qurumunun fiziki hazırlıq üzrə məsul şəxsi Verner Helsen isə fiziki hazırlıq, praktiki hərəkətlər və qərarvermə mövzularını əhatə edən seminarda çıxış edib.
