Qadın voleybolçular arasında təşkil edilmiş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 9-cu turun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Azərreyl” bu turda “Gənclər”i 3:1 hesabı ilə məğlub edib. “Abşeron” kollektivi isə “Gəncə”ni 3:2 hesabı ilə üstələyib.
Xatırladaq ki, hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.
Yüksək Liqa
9-cu tur
15 yanvar
“Azərreyl” – “Gənclər” 3:1 (20:25, 25:20, 25:13, 25:19)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.
“Abşeron” – “Gəncə” 3:2 (23:25, 25:17, 21:25, 25:22, 15:13)
Azərbaycan Voleybol Federasiyasının idman zalı.
Turun qalan görüşləri sabah keçiriləcək:
17:00. “Milli Aviasiya Akademiyası” – “DH Volley”
“Milli Aviasiya Akademiyası” VK-nın idman zalı.
17:00. “Murov” – “Turan”
“Murov” VK-nın idman zalı
