AZ

Donyell Malen “Roma”da! – ARENA.AZ

İngiltərənin “Aston Villa” komandasının hücumçusu Donyell Malen bundan sonra İtaliya klubu “Roma”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə A Seriyası təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

“Roma” 26 yaşlı hücumçunu icarə müqaviləsi əsasında heyətinə qatıb. “Canavarlar” cari mövsümün sonunda niderlandlı futbolçunun transfer hüquqlarını satın almaq hüququna da malikdir. İtaliya klubu Malenin yarım mövsümlük icarəsi üçün “Aston Villa”ya 2 milyon avro ödəyib.

Donyell Malen “Ayaks”ın yetirməsidir. London “Arsenal”ının da sistemindən keçmiş forvard peşəkar karyerasına PSV-də başlayıb. O 2021-ci ilin iyul ayında məhz PSV klubundan 30 milyon avro qarşılığında Dortmund “Borussiya”sına keçib. “Aston Villa” isə bu futbolçunu 2025-ci ilin yanvarında 25 milyon avro müqabilində heyətinə qatmışdı. O, İngiltərə klubunun heyətində 46 matça çıxıb. Hücumçu bu görüşərdə 10 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Malen Niderlandın müxtəlif yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra 2019-cu ilin sentyabr ayında əsas millidə debüt edib. O, Niderland millisində də 49 oyuna çıxıb, 13 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
10
7
arena.az

10Mənbələr