Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Uğursuz mövsüm keçirən “Monako” bu turda da evdə “Loryan”a məğlub olub. Çempion PSJ isə “Lill” ilə ev oyununda 3 cavabsız qolla qalib gəlib.
18-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edi
Fransa, Liqa 1
18-ci tur
16 yanvar
Monako – Loryan 1:3
Qollar: Fati, 76 – Dienq, 68. Makenqro, 85. Karim, 87.
PSJ – Lill 3:0
Qollar: Dembele, 13; 64. Barkola, 90+3.
17 yanvar
20:00. Lans – Oser
22:00. Tuluza – Nitsa
00:05. Anje – Olimpik (Marsel)
18 yanvar
18:00. Strasburq- Mets
20:15. Nant – Paris
20:15. Renn – Havr
23:45. Olimpik (Lion) – Brest
⇧
