AZ

Cakomo Raspadori rəsmən “Atalanta”da! – ARENA.AZ

Futbol üzrə İtaliya millisinin və “Atletiko”nun hücumçusu Cakomo Raspadori bundan sonra “Atalanta”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Berqamo təmsilçisi 25 yaşlı hücumçunun transferi üçün Madrid klubuna 22 milyon avro ödəyib. Raspadori yeni klubu ilə müddəti 2030-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqaviləyə imza atıb. O, “Atalanta”da 18 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Cakomo Raspadori 2025-ci ilin avqustunda “Napoli”dən 22 milyon avro müqabilində “Atletiko”ya keçmişdi. İtaliyalı forvard İspaniya təmsilçisinin heyətində 15 oyuna çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini verib. O, ümumilikdə 424 dəqiqə meydanda olub.

Cakomo Raspadori İtaliyanın “Sassuolo” klubunun yetirməsidir. O, 2022-2025-ci illər aralığında da “Napoli”də çıxış edib.

Raspadori 2021-ci ilin iyun ayında debüt etdiyi İtaliyanın əsas yığmasında da 45 oyuna çıxıb, 11 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı italiyalı hücumçunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
0
11
arena.az

10Mənbələr