AZ

“Zirə” “Bohemians”a da uduzdu – ARENA.AZ

2025/2026 mövsümünün qalan hissəsinə Türkiyədə hazırlaşan “Zirə” təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv bu gün keçirdiyi ikinci sınaq matçında Çexiyanın “Bohemians 1905” komandası ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:1. Azərbaycan təmsilçisinin yeganə qolunu 41-ci dəqiqədə Ruan Renato vurub.

Beləliklə, “qartallar” Türkiyə toplanışını qələbəsiz başa vurublar.

Xatırladaq ki, “Zirə” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Rumıniyanın “Çiksereda” komandası ilə qarşılaşmış və məhsuldar heç-heçə ilə kifayətlənmişdi – 3:3. Ukrayna təmsilçisi “Aleksandriya” ilə görüşdə isə 2:3 hesablı məğlubiyyət qeydə alınmışdı.

Qəsəbə təmsilçisi Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün qış fasiləsinə 28 xalla 3-cü pillədə yollanıb. Bu komanda keçirdiyi 16 oyunda 7 qələbə qazanıb, 7 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
12
9
arena.az

10Mənbələr