AZ

Saşa İliç: “Mənim üçün hazırlıq oyunlarında nəticə önəm daşımır” – ARENA.AZ

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç bu gün Türkiyədə Xorvatiyanın “Osiyek” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların Antalyadakı görüşü “Sumqayıt”ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Saşa İliç matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Məğlub olmağımıza baxmayaraq, bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik. Xeyli şansımız da oldu, lakin onlardan yararlana bilmədik. Bəzi mikro zədəsi olan futbolçularımız da var idi, qarşıdakı çempionat oyununu düşünüb onlara istirahət verdik. Yenə də bildirirəm ki, mənim üçün hazırlıq oyunlarında nəticə önəm daşımır. Bu gün təlim-məşq toplanışımızı başa vurduq. Fikrimcə, bu toplanışdan daha çox gənc oyunçularımız təcrübə qazandılar. Onlar Avropanın sayılıb-seçilən komandalarına qarşı çıxış etmək fürsəti əldə etdilər. Bu fürsətin onlara gələcək karyeralarında kömək olacağına ümid edirəm”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
6
14
arena.az

10Mənbələr