AZ

A Seriyası: “İnter”lə “Napoli” qalib gəldi, “Yuve” uduzdu – ARENA.AZ

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə “Udineze” ilə qarşılaşmış lider “İnter” 3 xalı tək qolla qazanıb. Son çempion “Napoli” də “Sassuolo” ilə ev oyunundan minimal hesabla qalib ayrılıb. “Kalyari”nin qonağı olmuş “Yuventus” isə bu turu xalsız başa vurub.

21-ci turun qalan görüşləri yanvarın 18-də və 19-da keçiriləcək.

İtaliya, A Seriyası
21-ci tur
16 yanvar

Piza – Atalanta 1:1
Qollar: Durosinmi, 87 – Krstoviç, 83.

17 yanvar

Udineze – İnter 0:1
Qol: L.Martines, 20.

Napoli – Sassuolo 1:0
Qol: Lobotka, 7.

Kalyari – Yuventus 1:0
Qol: Massitelli, 65.

18 yanvar

15:30. Parma – Cenoa
18:00. Bolonya – Fiorentina
21:00. Torino – Roma
23:45. Milan – Leççe

19 yanvar

21:30. Kremoneze – Verona
23:45. Latsio – Komo

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
16
7
arena.az

10Mənbələr