Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, turnirin Liqa mərhələsində 9-24-cü yerləri tutmuş komandalar məhz pley-offda mübarizə aparacaqlar.
Bu gün püşkatma nəticəsində pley-offun 8 cütü müəyyənləşib. Bu mərhələni adlayan kollektivlər birbaşa 1/8 finala yüksəlmiş komandalara rəqib olacaqlar.
Xatırladaq ki, Avropa Konfrans Liqasında pley-off mərhələsinin ilk matçları 19 fevralda, cavab oyunları isə 26 fevralda keçiriləcək.
Püşkatmanın nəticələri:
KuPS (Finlandiya) – Lex (Polşa)
Zrinski (Bosniya və Herseqovina) – Kristal Pelas (İngiltərə)
Şkendiya (Şimali Makedoniya) – Samsunspor (Türkiyə)
Siqma (Çexiya) – Lozanna (İsveçrə)
Noa (Ermənistan) – Alkmar (Niderland)
Yagelloniya (Polşa) – Fiorentina (İtaliya)
Drita (Kosovo) – Çelye (Sloveniya)
Omoniya (Kipr) – Riyeka (Xorvatiya)
