AZ

Liqa 1: Marsel “Olimpik”i və “Tuluza”dan 5 qolluq qələbə – ARENA.AZ

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Lans” doğma meydanda “Oser”i minimal hesabla üstələyib. Altı qolun qeydə alındığı “Tuluza” – “Nitsa” matçında meydan sahibləri qələbə qazanıblar. “Anje”nin qonağı olmuş Marsel “Olimpik”i də turu qələbə ilə başa vurub.

18-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
18-ci tur
16 yanvar

Monako – Loryan 1:3
Qollar: Fati, 76 – Dienq, 68. Makenqro, 85. Karim, 87.

PSJ – Lill 3:0
Qollar: Dembele, 13; 64. Barkola, 90+3.

17 yanvar

Lans – Oser 1:0
Qol: Said, 65.

Tuluza – Nitsa 5:1
Qollar: Hidalqo, 7; 55. Maqri, 45. Kasseres, 74. Viqnolo, 80 – Vahi, 49.

Anje – Olimpik (Marsel) 2:5
Qollar: Sbai, 45+2. Allevina, 90+2 – Quiri, 19. Qrinvud, 24. Traore, 34. Vea, 40. Payşao, 88.

18 yanvar

18:00. Strasburq- Mets
20:15. Nant – Paris
20:15. Renn – Havr
23:45. Olimpik (Lion) – Brest

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
20
7
arena.az

10Mənbələr