Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 22-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
Lider “Arsenal” “Nottingem Forest”in qonağı olub. Bu oyun qolsuz yekunlaşıb. Son çempion “Liverpul” da “Börnli” ilə ev oyununda xal itirib. “Tottenhem” evdə “Vest Hem”ə məğlub olubsa, “Çelsi” “Brentford”u, “Lids” “Fulhem”i, “Sanderlend” isə “Kristal Pelas”ı xalsız yola salıb. “Mançester Yunayted” də “Mançester Siti” ilə derbidən inamlı qələbə ilə ayrılıb.
22-ci turun qalan görüşləri yanvarın 18-də və 19-da keçiriləcək.
İngiltərə, Premyer Liqa
22-ci tur
17 yanvar
Mançester Yunayted – Mançester Siti 2:0
Qollar: Mbeumo, 65. Dorqu, 76.
Tottenhem – Vest Hem 1:2
Qollar: K.Romero, 64 – Sammervill, 15. K.Uilson, 90+3.
Çelsi – Brentford 2:0
Qollar: J.Pedro, 26. Palmer, 76-pen.
Nottingem Forest – Arsenal 0:0
Lids – Fulhem 1:0
Qol: Nmeça, 90+1.
Sanderlend – Kristal Pelas 2:1
Qollar: Le Fi, 33. Brobbi, 71 – Pino, 30.
Liverpul – Börnli 1:1
Qollar: Virts, 42 – Edvards, 65.
18 yanvar
18:00. Vulverhempton – Nyukasl
20:30. Aston Villa – Everton
19 yanvar
00:00. Brayton – Bornmut
