AZ

Rəşad Eyyubov: “Güclü rəqibə qarşı əla oyun keçirdik” – ARENA.AZ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov “Şamaxı”ya qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, U-21 millimiz Bakıdakı təlim-məşq toplanışı çərçivəsində ötən gün “Şamaxı” ilə qarşılaşıb.

Rəşad Eyyubov qarşılaşmadan sonra AFFA-nın mətbuat xidmətin bunları söyləyib:

“Güclü komandaya qarşı əla oyun keçirdik. Bu, futbolçular üçün böyük təcrübədir. Çünki bir çoxu ilk dəfə belə səviyyəli rəqibə qarşı oynayırdı. Ümumilikdə matçdakı enerjimizdən və konsentrasiyamızdan razı qaldım.

Qarşıda bizi çox iş gözləyir. Toplanış dönəmində keçirdiyimiz iki oyun bizə kifayət qədər faydalı oldu”.

Xatırladaq ki, Bakıda hazırlıq keçən U-21 millimiz yoxlama oyunlarında “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib, “Şamaxı”ya 0:1 hesabı ilə məğlub olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
24
9
arena.az

10Mənbələr