AZ

“Qarabağ” “Osiyek”i 3 qolla məğlub etdi – ARENA.AZ

Türkiyədə təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Xorvatiya təmsilçisi “Osiyek”lə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə bitib. “Köhlən atlar”ın qollarını 49-cu dəqiqə Musa Qurbanlı, 57-ci dəqiqədə Aleksey Kaşuk və 90+3-cü dəqiqədə Abbas Hüseynov vurublar.

Xatırladaq ki, “Qarabağ” bu gün daha bir yoxlama oyununa çıxacaq. Ağdam təmsilçisi Polşanın “Zaqlembe” (Lyubin) komandası ilə üz-üzə gələcək. Bu görüşə saat 19:00-da start veriləcək.

Azərbaycan çempionu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha əvvəl Özbəkistanın “Neftçi” (Fərqanə) komandası ilə də yoxlama oyunu keçirmişdi. Qurbanovun yetirmələri bu görüşdə 5:0 hesablı qələbəyə sevinmişdilər.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
8
10
arena.az

10Mənbələr