Türkiyənin “Beşiktaş” klubunun mərkəz yarımmüdafiəçisi Elan Rikardo bundan sonra “Deportes Tolima” klubunun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Kolumbiya klubunun rəsmi saytı məlumat yayıb.
“Deportes Tolima” 21 yaşlı kolumbiyalı yarımmüdafiəçini icarə müqaviləsi əsasında heyətinə qatıb. İcarə müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununa qədərdir.
Xatırladaq ki, Elan Rikardo Kolumbiyanın “La Ekvidad” klubunun yetirməsidir. İstanbul təmsilçisi onu 2025-ci ilin fevralında 1,94 milyon avro müqabilində heyətinə qatmışdı. 21 yaşlı futbolçunun “Beşiktaş”la 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.
Rikardo “qara qartallar”ın əsas komandasında debüt şansı qazanmayıb. Buna onun “Beşiktaş”a gəldikdən sonra Braziliyanın “Atletiko Paranaense” klubuna icarəyə verilməsi səbəb olub.
“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2,2 milyon avro məbləğində qiymətləndirir.
