AZ

Ozan Can Köçkü oynadı, “Volendam” 1/4 finala yüksəldi – ARENA.AZ

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Niderland Kubokunun 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsi çərçivəsində Rotterdam “Sparta”sı ilə qarşılaşıb.

“Volendam” səfərdə baş tutmuş bu oyundan qələbə (2:1) ilə ayrılıb və ölkə kubokunun 1/4 finalına yüksəlib.

Ozan bu görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

Xatırladaq ki, Özan Can Kökçü 2025-ci ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
1
7
arena.az

10Mənbələr