Türkiyənin “Fənərbağça” klubunda heyətdən kənarlaşdırılmış iki futbolçunun – Cenk Tosun və Rodriqo Bekaonun yeni iş yeri bəlli olub.
Arena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər iki futbolçu İstanbulun digər təmsilçisi “Kasımpaşa”ya keçib.
Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, təcrübəli hücumçu Cenk Tosun “Fənərbağça”nı birdəfəlik tərk edib. İstanbul nəhəngi onunla müqaviləyə xitam verildiyini bəyan edib. Braziliyalı müdafiəçi Bekao isə mövsümün sonuna qədər icarə əsasında “Kasımpaşa”nın formasını geyinəcək.
Xatırladaq ki, Emre Belözoğlunun baş məşqçisi olduğu komanda daha əvvəl “sarı-lacivərdlilər”in digər ulduzu İrfan Can Kahvecini də icarəyə götürmüşdü.
Yeri gəlmişkən, “Kasımpaşa” “Qalatasaray”ın sabiq futbolçusu Kerim Demirbayı da heyətinə qatıb. Son olaraq “Eyüpspor”da çıxış etmiş 32 yaşlı mərkəz yarımmüdafiəçisi ilə müqavilə 2029-cu ilin iyun ayının sonunadək nəzərdə tutulub.
“Kasımpaşa” “Hatayspor”un sağ cinah müdafiəçisi Kamil Ahmet Çörekçini də heyətinə qatıb. 33 yaşlı futbolçu ilə müqavilə cari mövsümün sonunadək nəzərdə tutulub.
