Azərbaycanda tanınmış tibb mütəxəssisi, tibb üzrə fəlsəfə doktoru və Tibb Universitetinin dosenti Ədalət Rüstəm bu gecə dünyasını dəyişib.
Milli.Az-ın məlumatına görə, həkimin ölüm səbəbi ehtimal olunan ürək çatışmazlığı ilə bağlıdır.
Ədalət Rüstəm 1961-ci ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub və ixtisasca ümumi cərrah idi. O, uzun müddət Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərib.
Qeyd edək ki, mərhum, Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Vergilər Xidmətinin rəisi Nazim Rüstəmovun qardaşıdır. Bundan əlavə, yanvarın 5-də onların anası vəfat edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar: