AZ

Azərbaycanda tanınmış həkim vəfat etdi

Azərbaycanda tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti Ədalət Rüstəm yanvarın 16-da axşam saatlarında vəfat edib.

Ədəlat Rüstəmin yaxınları Oxu.Az-a bildiriblər ki, mərhum ürək çatışmazlığından vəfat edib:

“Bir müddət əvvəl ürəyinə kardiostimulyator qoyulmuşdu. Bir neçə gün öncə də qrip virusuna yoluxmuşdu, bu onun ürək fəaliyyətinə çox mənfi təsir göstərdi. Yanvarın 16-da axşam vəziyyəti qəfil kritikləşib və dünyasını dəyişib”.

Xatırladaq ki, o, 1961-ci ildə Naxçıvanın Şahbuz rayonunda doğulub. İxtisasca ümumi cərrah olub. O, Kliniki Tibbi Mərkəzdə çalışıb.

Qeyd edək ki, Ədalət Rüstəm Naxçıvan Muxtar Respublikası Şahbuz Rayonu Vergilər Xidmətinin rəisi Nazim Rüstəmovun qardaşıdır. Yanvarın 5-də isə onların anası dünyasını dəyişib.

Azərbaycanda

Seçilən
40
8
editor.az

10Mənbələr