AZ

Tanınmış həkim vəfat etdi

Azərbaycanda tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti Ədalət Rüstəm yanvarın 16-da axşam saatlarında vəfat edib.

Publika.az Oxu.az-a istinadən xəbər verir ki, mərhum ürək çatışmazlığından vəfat edib:

"Bir müddət əvvəl ürəyinə kardiostimulyator qoyulmuşdu. Bir neçə gün öncə də qrip virusuna yoluxmuşdu, bu, onun ürək fəaliyyətinə çox mənfi təsir göstərdi. Yanvarın 16-da axşam vəziyyəti qəfil kritikləşib və dünyasını dəyişib"-həkimin yaxınları bildiriblər..

Xatırladaq ki, o, 1961-ci ildə Naxçıvanın Şahbuz rayonunda doğulub. İxtisasca ümumi cərrah olub. O, Kliniki Tibbi Mərkəzdə çalışıb.

Seçilən
47
8
publika.az

10Mənbələr