AZ

Tikinti kranından yıxıldı, sağ qaldı - ANBAAN VİDEO

Tatarıstanda (Rusiya) qadın qülləli kranın kabinəsindən yıxılıb.

Milli.Az xəbər verir ki, bu barədə respublika prokurorluğunun mətbuat xidməti "Telegram"da məlumat yayıb.

Qəza Buqulmada mexaniki zavodun ərazisində baş verib. Zavodda həmin vaxt iş saatı olub.

Qadın həddindən artıq yüksəklikdən yıxılsa da, o, xəsarətlər alaraq sağ qalıb. Şəhər prokuroru hadisə yerinə baş çəkərək insidenti şəxsi nəzarətinə götürüb. Hazırda qəzanın detalları araşdırılır.

Milli.Az

Seçilən
84
10
milli.az

10Mənbələr