Rusiyanın “Rubin” klubu əvəzedici komandanın baş məşqçisi Gökdeniz Karadenizlə yollarını ayırıb.
İdmanxeber.az xəbər verir ki, müvəqqəti olaraq komandanı Andrey Fyodorov çalışdıracaq. Klub açıqlamasında 2023-cü ildən “Rubin-2”yə rəhbərlik edən Karadenizin gənc futbolçuların inkişafına verdiyi töhfə vurğulanıb.
Qeyd edək ki, “Rubin”in əfsanəsi olan Gökdeniz Karadeniz 2008–2018-ci illərdə klubun formasını geyinib, iki dəfə Rusiya çempionu olub və onun 61 nömrəli forması əbədiləşdirilib.