AZ

Gökdeniz Karadeniz klubsuz qaldı

ain.az, Fanat portalına istinadən məlumat verir.

"Rubin"in əvəzedici komandasının türkiyəli baş məşqçisi Gekdeniz Karadeniz vəzifəsindən ayrılıb.

Fanat.Az xəbər verir ki, məlumatı Kazan klubunun rəsmi "Teleqram" kanalı yayıb.

Türkiyəli mütəxəssisin məşqçilər heyətində yer alan Andrey Fedorov "Rubin-2" komandasının baş məşqçisi vəzifəsini müvəqqəti icra edəcək.

Karadeniz 2023-cü ilin iyul ayından "Rubin-2" komandasına başçılıq edirdi. Onun rəhbərliyi altında üç mövsüm İkinci Liqada çıxış edən "B komandası" bu müddət ərzində iki dəfə bürünc medal qazanıb.

Karadeniz "Rubin"in əsas komandası ilə iki dəfə Rusiya Premyer Liqasının qalibi olub, Rusiya Kuboku və Superkubokunu (2 dəfə) qazanıb.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
10
fanat.az

10Mənbələr